Bir gecədə 154 baş qoyun oğurlandı 

15:06 22.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samux rayonunda Kəlbəcər sakininə məxsus xeyli sayda qoyun oğurlanıb.

Hafta.az-ın məlumatına görə, hadisə Samux rayonunun Qarayeri qəsəbəsində baş verib.

Gecə saatlarında şəxs və ya şəxslər fermaya daxil olaraq 154 baş xırdabuynuzlu heyvanı aparıblar.

Faktla bağlı araşdırma aparılır.